Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

2024-cü il ərzində 158 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 52 tədbirdən 1407 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 77 həssas ailəyə səfər edilib.Ümumilikdə mərkəz fəaliyyətindən 1596 nəfər bəhrələnib.

 

Ünvan: Zərdab şəhəri, H.Əliyev prospekti 9, (H.Əliyev parkı) .

Əlaqə nömrəsi: (02029) 7-63-61

Facebook linki: Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

“İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15-19 dekabr 2025-ci il tarixlərində təhsil müəssisələrində “İnternet resurslarından istifadənin faydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Mərkəz əməkdaşları, informatika müəllimləri, valideyn və məktəblilərin iştirak etdiyi tədbirlərdə informasiya təhlükəsizliyi barədə məlumat verilib, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. İnternetdən istifadə zamanı diqqət edilməli vacib məqamlar, şəxsi məlumatların qorunması barədə zəruri tövsiyələr verilib, sosial mediadan düzgün istifadə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici material paylanılıb, mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Regionlarda növbəti “açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə 25 iyun 2025-ci il tarixində “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

Ətraflı
Regionlarda icma sakinlərinin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

  12-16 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib. Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə icma sakinlərinin məlumatlandırılması məqsədilə keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbələri, eləcə də bələdiyyələrin nümayəndələri, din xadimləri, tibb və mətbuat işçiləri, ictimai iaşə obyektində çalışan şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Tədbirlərdə iştirakçılara erkən evlilik və qohum evliliklərinin fəsadları, riskləri, eyni zamanda qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxsin evliliyinə dair qanunveriricilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, maarifləndirmə materialları paylanılıb, videomateriallar nümayiş etdirilib.

Ətraflı
Regionlarda internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlərin iştirakı ilə internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ekspertlər internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə mobil telefonlarda olan valideyn nəzarəti funksiyasından istifadə qaydalarını özündə əks etdirən video-material nümayiş etdirilib, maarifləndirmə materialı paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Ətraflı
Regionlarda Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-3 aprel 2025-ci il tarixlərində rayonlarda, eləcə də kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, tibb işçiləri, autizm spektr pozuntusu (ASP) olan uşaqların valideynləri, uşaqlarla işləyən mütəxəssislər, icma sakinlərinin iştirakı ilə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinin vacibliyindən bəhs edib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Valideynlər autizm haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər özlərinə və övladlarına kömək edə bilərlər. İştirakçılara autizmli uşaqlarla düzgün davranış qaydaları barədə zəruri tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 27 fevral 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir.  Ünvan və telefonlar

Ətraflı
Regionlarda mətbuat nümayəndələri ilə görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14 fevral - Azərbaycan Televiziyasının yarandığı gün münasibətilə mətbuat nümayəndələri və mərkəzlərin ekspert qrupunun üzvləri ilə işgüzar görüşlər keçirilib. Görüşlərdə mərkəzlərin fəaliyyət istiqamətləri, ötən il ərzində həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib, 2025-ci ilin iş planı müzakirə olunub. Görüş zamanı ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən tədbirlərdə səmərəliliyin artırılması ilə bağlı təkliflər səsləndirilib.

Ətraflı
Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda maarifləndirici görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilib. 21-24 yanvar 2025-ci il tarixlərində baş tutan tədbirlərdə rayon idarə və müəssisələrin nümayəndələri, təhsil və səhiyyə işçiləri, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblilər, gənclər, gənc ailələr, icma sakinləri iştirak ediblər. Ekspertlər tərəfindən reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin əhəmiyyəti, ailədaxili münasibətlərin düzgün qurulması barədə məlumat verilib, həmçinin qohum nikahları və erkən evliliklərin fəsadları, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətindən danışılıb, təqdimatlar nümayiş etdirilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb.

Ətraflı