Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Sədaqət Qəhrəmanova Düşənbədə keçirilən “Qadınlar və Su” Beynəlxalq Forumunda iştirak edib

10 iyun 2024-cü il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Üçüncü Yüksək Səviyyəli Konfrans çərçivəsində “Qadınlar və Su” Beynəlxalq Forumu keçirilib. Su resurslarının idarə olunmasında qadınların rolu, gender bərabərliyinin təmin olunması istiqamətində beynəlxalq müzakirə platformasının yaradılması məqsədilə keçirilən forumda “Qadınlar və Su” mövzusunda sərgi nümayiş etdirilib. Tədbirin açılış hissəsindən sonra “Su diplomatiyasında qadınlar sülhməramlı, ədalətli və inklüziv cəmiyyət naminə” və “İcma səviyyəsində su təminatı sahəsinin gender yönümlü gündəliyinə sərmayə qoyulması: sülhməramlı, ədalətli və inklüziv cəmiyyətlər üçün ən yaxşı təcrübələr və alətlər” mövzularında panel müzakirələri aparılıb. Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ekoloji tarazlığın qorunmasında su resurslarının idarə olunmasının əhəmiyyəti, ölkəmizdə su resurslarının idarə olunmasının effektivliyinin artırılması istiqamətində dövlət siyasəti, eyni zamanda yaşıl iqtisadiyyatda qadınların rolu barədə məlumat verib. Komitə sədrinin müavini çıxışında həmçinin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu Sessiyasına (COP29) dair forum iştirakçılarına məlumat verərək, bu çərçivədə həyata keçirilən tədbirlərdə qadınların iştirakçılığının artırılmasının yaşıl iqlim naminə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sonda Forumun gündəliyində qeyd olunan məsələlərə dair interaktiv müzakirələrdən sonra gələcək üçün hədəf və məqsədlər müəyyən olunub. Forumda müxtəlif dövlətlərin, beynəlxalq, regional və yerli təşkilatların, elm, təhsil və media nümayəndələri, su resurslarının idarə olunması və gender bərabərliyinin təmin olunması sahəsində ekspertlər, qadın hüquq müdafiəçiləri iştirak ediblər.

Ətraflı
Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 3-7 iyun 2024-cü il tarixlərində mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Maarifləndirmə tədbirlərində ekspertlər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib. Müəllimlərin dəstəyi ilə uşaqlar tərəfindən quşlar üçün yuvalar düzəldilib, ağacların gövdələri əhənglə rənglənib, çiçəklər suvarılıb, şagirdlər təbiət mövzusunda rəsmlər çəkib, şeirlər, mahnılar səsləndirib, müxtəlif oyunlar oynayıblar.

Ətraflı
“Çempion ailələr” layihəsinə Sabirabad rayonunda start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çempion ailələr” layihəsinin icrasına başlanılır.  Layihə çərçivəsində iyunun 7-də Sabirabad rayon ərazisində yerləşən Heydər Əliyev Parkında ilk tədbir keçirilib. Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aqil İsmayılzadə dövlət ailə siyasətinin icrası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb, bu gün icrasına başlanılan “Çempion ailələr” layihəsinin məqsəd və əhəmiyyətini diqqətə çatdırıblar. Tədbir çərçivəsində, ümumilikdə 12 ailə arasında kəndir və dama oyunu, uşaqlar arasında kisə ilə yaxın məsafəyə qaçış, sonda isə intellektual yarış keçirilib və nəticələrə əsasən 3 ailə qalib seçilib. Qalib ailələrə, eyni zamanda tədbirdə iştirak edən hər bir fəal ailəyə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, layihənin məqsədi bölgələrdə əhali arasında sağlam həyat tərzinin təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilidir. Cari ilin iyun-iyul aylarını əhatə edəcək layihənin, ümümullikdə 10 bölgədə 120-dən çox ailənin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.   

Ətraflı
Bahar Muradova Oğuzda vətəndaşları qəbul edib

7 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Oğuzda vətəndaşları qəbuledib. Qəbul zamanı Oğuz, Qəbələ və Şəki rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Dövlət Komitəsinin aparat rəhbəri və aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbulda ailənin sosial müdafiəsi, uşaqla ünsiyyət, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb. Komitənin səlahiyyət dairəsinə aid müraciətlər dinlənilib,qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Ətraflı
Salyan rayonunda erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlim keçirilib

 4 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir.  Salyan rayonu İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Rəşad Cəbrayılov tədbir iştirakçılarını salamlayaraq, erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışıb. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova erkən nikah və təhsildən yayınmanın fəsadları və aradan qaldırılması yolları, qadınlara qarşı, o cümlədən məişət zorakılığı ilə mübarizə, bu sahədə yerli və beynəlxalq qanunvericilik, həmçinin Komitənin sözügedən istiqamətlərdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Açılışdan sonra mövzuya dair video-çarx nümayiş olunub.   Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim-ginekoloq Fidan Xankişiyeva və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru,  hüquqşünas Tariyel İsgəndərov təlimə başlayıblar. Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, növbəti təlimlərin Cəlilabad və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub.

Ətraflı
Dövlət Komitəsi tərəfindən ölkədə mətbu nəşrlərin satışını həyata keçirən bir sıra kitab mağazalarına səfərlər təşkil olunub

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarət məqsədilə təşkil edilən səfərlərdə ekspertlər tərəfindən nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyəti təhlil edilib, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Ətraflı
“Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin,  Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Qeyd edib ki, məişət zorakılığı vətəndaş  cəmiyyətinin əsaslarına ciddi zərbə vurur və zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. O, həmçinin məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib. Məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik işin aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyət göstərdiyini qeyd edib.  Bildirib ki, məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər: O, “Belə müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış Komissiyalar rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır”-deyə əlavə edib. Daha sonra qısametrajlı video çarx nümayiş edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
ASCO-nun əməkdaşları üçün maarifləndirici görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün maarifləndirici görüş təşkil olunub.  İştirakçılara gender bərabərliyi, ailə dəyərləri, gender əsaslı zorakılıqla mübarizə, qadınlara qarşı ayrı-seçkilik, iş yerində qısnama və digər mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktorun gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova, Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edib.

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və eyni zamanda  fəallığının artırılmasıdır. Layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilib. TEDx formatında Sumqayıt, Mingəçevir şəhərlərində və Masallı rayonunda təşkil olunan görüşlərdə ekspert qismində Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının rəhbəri Nigar Ələsgərova, Yüksəliş Müsabiqəsinin qalibləri Ülkər Məlikova və Nərgiz İsmayılova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova, Etika Akademiyasının rəhbəri Günel Səfərova çıxış edib. Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB),  icra hakimiyyəti aparatının nümayəndələri də çıxış edib. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində 19 aprel 2024-cü il tarixində Quba və Xaçmaz rayonlarında, 26 aprel 2024-cü il tarixində Gəncə şəhərində və Şəmkir rayonunda,  2 may 2024-cü il tarixində Zaqatala rayonunda, 16 may 2024-cü il tarixində Şəki şəhərində və Qax rayonunda görüşlər baş tutub. Görüşlərdə hər şəhər və rayondan 200 nəfər olmaqla 2000 nəfər gənc qız və qadın iştirak edib. Layihənin 2025-ci ildə də  davam etdirilməsi nəzərdə tutulub.    

Ətraflı