Regionlarda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 25-26 fevral 2025-ci il tarixlərində mərkəzlərdə və təhsil müəssisələrində məktəblilər, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verilib.Qeyd edilib ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi ilə düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Biz Xocalı soyqırımı qurbanlarını artıq alnıaçıq, başıuca yad edirik.
Tədbirlərdə iştirakçılarXocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, gənc nəslə tarixi yaddaşımızı heç vaxt unutmamaq tövsiyə edilib, məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.