Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilib.
21-24 yanvar 2025-ci il tarixlərində baş tutan tədbirlərdə rayon idarə və müəssisələrin nümayəndələri, təhsil və səhiyyə işçiləri, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblilər, gənclər, gənc ailələr, icma sakinləri iştirak ediblər.
Ekspertlər tərəfindən reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin əhəmiyyəti, ailədaxili münasibətlərin düzgün qurulması barədə məlumat verilib, həmçinin qohum nikahları və erkən evliliklərin fəsadları, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətindən danışılıb, təqdimatlar nümayiş etdirilib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb.