Regionlarda növbəti “açıq qapı” günü keçirilib

29 may 2025 17:16

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 29 may 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib.

Bakı şəhəri Xəzər rayonunun Binə, Ağdam rayonunun Xındırıstan, Goranboy rayonunun Mənəşli, Hacıqabul rayonunun Qarasu, Qəbələ rayonunun Yemişanlı, Saatlı rayonunun Qaracalar, Sabirabad rayonunun Minbaşı, Zaqatala rayonunun Qandax, Zərdab rayonunun Şahhüseynli, Göygöl rayonunun Balçılı, İsmayıllı rayonunun Quşencə kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, aliment, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, yaşayış şəraitinin yaxşılaşdırılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi ilə bağlı müraciətlər yer alıb.

“Açıq qapı” günündə vətəndaşın müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.