Regionlarda icma sakinlərinin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

Paylaş:
12-16 may 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib.
Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə icma sakinlərinin məlumatlandırılması məqsədilə keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbələri, eləcə də bələdiyyələrin nümayəndələri, din xadimləri, tibb və mətbuat işçiləri, ictimai iaşə obyektində çalışan şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirlərdə iştirakçılara erkən evlilik və qohum evliliklərinin fəsadları, riskləri, eyni zamanda qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxsin evliliyinə dair qanunveriricilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib.
İştirakçıların sualları cavablandırılıb, maarifləndirmə materialları paylanılıb, videomateriallar nümayiş etdirilib.