Regionlarda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli tədbirlər keçirilib

31 may 2025 10:02

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon idarə və müəssisələrlə birgə mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında “İnsan Hüquqları Aylığı” çərçivəsində və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbirlər keçirilib.

Tədbirlərdə uşaqların iştirakı ilə dəb nümayişi təşkil edilib, münsif qismində çıxış edən uşaqlar həmyaşıdlarının təqdimatını qiymətləndiriblər.

İştirakçılarda xoş əhval-ruhiyyə yaradan tədbirlər uşaqların maraqlı rəqs nömrələri ilə də yadda qalıb.

Yekunda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.