''Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans - ictimai müzakirə həyata keçirilib

24 yanvar 2025 10:20

Paylaş:

23 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi, Milli Məclisin deputatı Səbinə Salmanova, Mediasiya Şurası və Sumqayıt 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı" çərçivəsində “Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans - ictimai müzakirə həyata keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov mediasiya prosesində qadın və uşaq hüquqlarının müdafiəsi, ailədaxili münasibətlərin tənzimlənməsi və BMT-nin CEDAW Konvensiyasının tövsiyələrinin icrası ilə bağlı çıxış edib.