“Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib

23 noyabr 2024 16:58

Paylaş:

22 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Qəbələ Dövlət Peşə Tədris Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə aidiyyəti qurumların nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.

Çıxış edənlər bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə məlumat verib, erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurmasından danışıb, həmçinin qohum nikahları nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğunu bildiriblər.

Tədbirdə mövzu ilə əlaqəli 2 videoçarx nümayiş etdirilib, bukletlər paylanılıb.