Dövlət Komitəsinin təşkilatçılığı ilə Goranboy rayonunda gənclər üçün “İnsan alveri ilə mübarizədə gənclərin rolu” mövzusunda təlim keçirilib
Paylaş:
6 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Goranboy rayonunda gənclər üçün “İnsan alveri ilə mübarizədə gənclərin rolu” mövzusunda təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun müdiri Zəminə Səfərova mövzunun aktuallığını qeyd edib,bu istiqamətdə gənclər arasında biliklərin artırılması məqsədilə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən Goranboy rayon İcra hakimiyyətinin əməkdaşı Səbuhi Məhərrəmov, Prokurorluğun əməkdaşı Aytən Hacıyeva və Polis şöbəsinin müstəntiqi Rəcəb Cəbrayılov insan alveri ilə mübarizə mövzusunda gənclərin də bu sahədə dəstəyinə böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
Daha sonra təlimçi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “İnsan alveri ilə mübarizədə gənclərin rolu” mövzusunda təqdimatla çıxış edərək, insan alveri, insan alverinə cəlb etmə üsulları, onun yaratdığı fəsadlar barədə məlumat verib, təlim iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.