Dövlət Komitəsinin əməkdaşları üçün onlayn təlimlər keçirilib

25 dekabr 2024 16:19

Paylaş:

24-25 dekabr 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün  “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “İnsan resurslarının idarə edilməsi” mövzularında onlayn təlimlər keçirilib.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın tələblərinə uyğun olaraq keçirilən təlimlərdə Dövlət İmtahan Mərkəzinin nümayəndələri Gündüz Əhmədli və Miranə Abbasova tərəfindən hər iki mövzu ilə bağlı ətraflı izah verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.