Dövlət Komitəsi vakansiya elan edir

Paylaş:
Karyeranıza Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (Bakı şəhəri Şüvəlan qəsəbəsi, Goranboy, Ağdam, Hacıqabul, Göygöl, Sabirabad, Saatlı, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə) psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssis, baş mühasib olaraq davam etmək istəyirsinizsə CV formanızı region@family.gov.az ünvanına göndərə bilərsiniz.
Tələblər:
-CV Azərbaycan dilində tərtib edilməlidir.
-Baş mühasib vəzifəsi üçün namizədlərin peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) olmalıdır.
-Sosial iş üzrə mütəxəssis vəzifəsi üçün namizədlərə ixtisas tələbləri sosial işçi, hüquqşünas, təhsildə sosial-psixoloji xidmət ixtisaslarıdır.
-Elektron poçtun “Mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır.
Müvafiq tələblərə uyğun gələcəyiniz təqdirdə müsahibəyə dəvət ediləcəksiniz.