Bələdiyyə seçkisinə hazırlıq məqsədilə növbəti görüş Sumqayıtda keçirilib

8 yanvar 2025 22:05

Paylaş:

8 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı, Sumqayıt şəhər Qadın Resurs Mərkəzinin iştirakı ilə “Bələdiyyə seçkisində qadınların fəallığını yüksəldilməsi” mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Bərabər İnkişaf Naminə Koalisiyanın sədri Təranə Kərimova ölkəmizdə 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkisində qadınları fəal iştiraka, ən əsas vətəndaş hüququndan istifadə etməyə çağırıb.

42 saylı Sumqayıt seçki dairəsinin sədri Təravət Rəsulova, 45 saylı seçki dairəsinin sədri Məhəbbət Məmmədova hazırda ölkədə keçirilən seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat veriblər.

Görüşdə çıxış edən Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, 6 saylı məktəbin direktoru Qönçə Səttərova , Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova qadınların ictimai-siyasi həyatda aktiv iştirakının əhəmiyyətini vurğulayaraq, hər kəsi növbəti seçkidə fəal olmağa çağırıblar.