“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” layihəsi davam edir

16 yanvar 2025 16:07

Paylaş:

16 yanvar 2025-ci il tarixində Biləsuvar rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı, Biləsuvar Qadın Resurs Mərkəzinin iştirakı ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Sədaqət Həsənova, qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka dəvət edib.

Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natəvan Əzizova çıxış edərək,  Mərkəzin fəaliyyəti haqqında danışıb, eyni zamanda qadınların ictimai-siyasi aktivliyinin təmin olunmasında Qadın Resurs Mərkəzlərinin rolunu qeyd edib.

69 saylı Biləsuvar seçki dairəsinin sədri Əzizağa Hətəmov seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat verərək, qadınların fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.