Bələdiyyə seçkiləri ərəfəsində regionlarda qadınların fəallığının artırılması məqsədilə növbəti görüş Zaqatalada keçirilib
Paylaş:
27 yanvar 2025-ci il tarixində Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı ilə “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyasının sədri Təranə Kərimova çıxış edərək ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini və bugün Azərbaycan qadınının ən müxtəlif sahələrdə fəal təmsil olunduğunu diqqətə çatdırıb. O, qadınların bütün sahələrdə fəallıq nümayiş etdirməsinin vacibliyini bir daha vurğulayaraq, 29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları aktiv olmağa çağırıb.
Sonra 112 saylı Zaqatala seçki dairəsinin katibi Harun Əsgərov rayonda seçkiyə hazırlıq prosesi və seçki prosedurları barədə məlumat verərək qadınların bu fəallığının əhəmiyyətini qeyd edib.
Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsin sədri Sona Qazıyeva, “Yeni Fikir” İB-nin sədri Elmira Mehdiyeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Yengiyan kənd bələdiyyəsinin sədri Xuraman Şabanova, Mazıx kənd Bələdiyyəsinin sədri Kahay Corova çıxış edərək, rayonda qadınların fəallığından, onların uğurlarından bəhs ediblər.
Sonda mövzu ətrafında təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.