Bələdiyyə seçkiləri ərəfəsində regionlarda qadınların fəallığının artırılması məqsədilə növbəti görüş Bərdədə keçirilib

22 yanvar 2025 17:39

Paylaş:

22 yanvar 2025-ci il tarixində Bərdə rayonunda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və "Bərabər İnkişaf Naminə" Koalisiyanın birgə əməkdaşlığı ilə "Bələdiyyə seçkilərində qadınların fəallılığının yüksəldilməsi" mövzusunda görüş keçirilib.

"Bərabər İnkişaf Naminə" Koalisiyanın Bərdə rayonu üzrə nümayəndəsi Səadət Qaraşova çıxış edərək, Azərbaycan qadınlarının ictimai-siyasi həyatın hər bir sahəsində daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib.

Rayonun fəal qadınlarından olan Aygün Hüseynova seçkilərdə qadınların rolu barədə danışaraq, 29 yanvar 2025-ci ildə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində onları aktiv iştirak etməyə dəvət edib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.