Bələdiyyə seçkiləri ərəfəsində növbəti görüş Cəlilabadda keçirilib
Paylaş:
“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” layihəsi çərçivəsində Cəlilabad rayonunun ictimai fəal qadınları ilə görüş keçirilib.
17 yanvar 2025-ci il tarixində baş tutan görüşdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Sədaqət Həsənova, qadınların ictimai-siyasi sahədə aktivliyinin əhəmiyyətini vurğulayaraq, onları 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində fəal iştiraka dəvət edib.
71 saylı Cəlilabad şəhər Dairə Seçki Komissiyasının katibi Tələt Dövlətov sivil cəmiyyətin formalaşmasında bələdiyyələrin rolu, eyni zamanda bələdiyyələrdə qadınların iştirakçılığı barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın əməkdaşlığı ilə təşkil olunub.