Ağcabədi rayonunda qadınların bələdiyyə seçkilərində fəallığının artırılması məqsədilə tədbir təşkil edilib
Paylaş:
“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Ağcabədi rayonunda keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə baş tutan tədbiri Koalisiyanın Ağcabədi rayonu üzrə nümayəndəsi Nuridə Hacıyeva açaraq, Koalisiyanın fəaliyyəti haqqında məlumat verib, bir neçə gün sonra ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.
Daha sonra 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsinin Dairə Seçki Komissiyasının baş məsləhətçisi Bəyoğlan Tağıyev çıxış edərək qadınların ictimai-sosial həyatda aktivlik göstərməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, qadınların seçkilərdə fəallığı demokratik cəmiyyətin inkişafı üçün mühüm addımdır.
Sonda tədbir iştirakçıları fikir və təkliflərini səsləndiriblər.