“25 Noyabr - Qadınlara qarşı Beynəlxalq Zorakılıqla Mübarizə Günü”nə həsr edilmiş görüş keçirilib
Paylaş:
25 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib.
Görüşdə Tibb Mərkəzinin əməkdaşı Nailə Babaşova açılış nitqi ilə çıxış edib.
Daha sonra Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti və həyata keçirilən layihələr barədə Komitə əməkdaşları Nailə İbrahimova və İradə Məmmədova çıxış ediblər.
“Sağlam Ailə” Tibb Mərkəzinin kollektivinə məişət zorakılığı, onun növləri, zorakılığa məruz qalmış şəxslərə yardım, qaynar xətt barədə geniş məlumat verilib, həmçinin iştirakçıların sualları cavablandırlıb.
Çıxışlardan sonra “Susma” və “Çinartək sığındığımız böyük ailəmiz” adlı sosial çarxlar nümayiş etdirilib.