Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2022-ci il üzrə məlumat dinlənilib
Paylaş:
19 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci il üzrə məlumatla çıxış edib.
Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:
1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;
2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;
3. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.
Məlumat dinlənildikdən sonra müzakirə edilib və səs çoxluğu ilə qəbul edilib.
Bahar Muradovanın Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci il üzrə məlumatla çıxışı
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumat:
Gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci il üzrə məlumat (təqdimat)