“Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi

29 aprel 2022

Paylaş:

Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə təqdimatla çıxış edərək, uşaqların təhsil, fiziki və psixoloji sağlamlıq, əmək hüquqlarından, erkən yaşda evliliyə məcbur edilmə hallarında uşaqların müdafiəsindən danışıb.

Tədbir zamanı şagirdlərlə interaktiv imüzakirələr aparılıb.

Yekunda şagirdlərə mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.