Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Uşaq hüquqları ilə bağlı təlim keçirilib

22 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinin Bakı filialı ilə əməkdaşlığı çərçivəsində uşaq hüquqları mövzusunda təlim təşkil edilib. Təlimdə Dövlət Komitəsinin əməkdaşı Nurlana Qaraxanova, Uşaq Səfirlər Məclisinin üzvləri Murad Qasımov və Mələk Niftəliyeva uşaq hüquqları haqqında qanunvericilik, tərbiyə, təhsil, tibbi xidmət, sosial təminat sahələrində hüquqi savadlılığın əhəmiyyəti barədə məlumatları diqqətə çatdırıblar. Tədbir zamanı uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onlara qarşı fiziki və psixoloji zorakılığın bütün formalarından müdafiə, sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin səhiyyə, təhsil və məşğulluqla bağlı məlumatlara əlçatanlığının vacibliyindən danışılıb. Bununla yanaşı iştirakçılara maarifləndirici materiallar paylanılıb və universitetdə quraşdırılan monitorlarda nümayiş etdirilməsi üçün video-çarx təqdim edilib.

Ətraflı
“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” yeni redaksiyada təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 17 aprel tarixli 113 nömrəli  Qərar qəbul edilmiş, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” yeni redaksiyada təsdiq edilmişdir.   Məlumat bankının formalaşdırılmasının məqsədi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində və dövlət orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili üçün məlumatların (sənədlərin) toplanılması, istifadəsi, təhlili və hesabatların hazırlanmasından ibarətdir.Fərdi məlumatların Məlumat bankında toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.   Məlumat bankının sahibi və operatoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, iştirakçıları  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, istifadəçiləri isə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Məlumat bankından informasiya əldə etmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdir. Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsi, həmçinin toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsi təmin olunacaqdır. Məlumat bankında iştirakçıların informasiya sistemlərindən və resurslarından ümumilikdə 23 kateqoriya üzrə məlumat ötürüləcək, 5 kateqoriya üzrə məlumat isə daxil olunacaq. Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla yanaşı, eyni zamanda əcnəbi və vətəndaşlığı olmayan, ölkə ərazisinə müşayiətsiz gəlmiş və ya gəldikdən sonra müşayiətsiz qalmış, repatriasiya olunmuş uşaqlar haqqında da müəyyən məlumatlar toplanılacaq. Məlumat bankının strukturu aşağıdakı modullardan ibarət olacaqdır: - “Yazışma” modulu vasitəsilə real vaxt rejimində uşaq problemlərinin əlaqəli şəkildə çevik həlli məqsədilə iştirakçılar arasında dialoqun aparılması; - “Məlumatlar” modulu vasitəsilə hər bir uşağa dair iştirakçılar tərəfindən təqdim edilmiş məlumatlar (sənədlər) əsasında müxtəlif parametrlər üzrə uşağın elektron anketini formalaşdıran məlumatların (sənədlərin) toplanması, emalı və axtarış sorğusunun təmin olunması; - “Hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtibi və uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair iştirakçılar tərəfindən hər il yanvar ayının 15-dək Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə təqdim edilmiş illik hesabatların toplanması və ya onlar tərəfindən bu hesabatların elektron kabinetləri vasitəsilə daxil edilməsi;  “Ümumi istifadə” modulu vasitəsilə istifadəçilər üçün EHİS-ə keçid verilməklə açıq informasiya əldə etmək imkanının yaradılması təmin ediləcəkdir. “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında (Qərar) 

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” günü keçirəcək. “Açıq qapı” günü 29 aprel 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə keçiriləcəkdir.  Ünvan və telefonlar

Ətraflı
Regionlarda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl, Zərdab  Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 aprel 2025-ci il tarixlərində təhsil müəssisələri və rayon Heydər Əliyev Mərkəzlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon təhsil sektorunun əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, müəllim, şagird və valideynlərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquq və vəzifələrlə bağlı maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin məqsədi və əhəmiyyəti barədə danışıb, iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqları, vəzifələri, eləcə də uşaq hüquqları barədə məlumat veriblər. Tədbirlərdə “Ailədə uşaqların hüquqları”, “Mənim hüquqlarım” adlı təqdimatlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Ətraflı
“Güclü cəmiyyətin zərif simaları” adlı layihə Ucar rayonunda baş tutub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. 18 aprel 2025-ci il tarixində baş tutan  Ucar Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aidə Qəhrəmanova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi Gülnarə Həmidova çıxış edib. Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib. Görüşdə “Maestro School”-in təsisçisi, sosial sahibkar Mədinə Paşayevanın və “Safavy Onlayn Təhsil Platforması”nın direktoru, şəxsi inkişaf üzrə mentor, “Her İT Journey” sosial layihənin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

Ətraflı
“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib

17 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel -Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib. Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır. Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 250 nəfər qoşulub. Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.  

Ətraflı
Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. Tədbir çərçivəsində üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyalar baş tutub. Paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, süni intellektin uşaq hüquqlarına təsiri, media nümayəndələrinin fəaliyyətində insan hüquqları prizmasında həssaslıq, kiber təhlükəsizlik və rəqəmsal üsulların tətbiqi və digər müvafiq məsələləri qeyd edib. Toplantıda Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələri, və media təmsilçiləri iştirak edib.  

Ətraflı
“İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb

İqlim dəyişikliyi təkcə ətraf mühitə zərər vuran amil kimi deyil, eyni zamanda sosial və iqtisadi strukturlara ciddi təsir göstərən geniş problem kimi qəbul edilməlidir. Hazırda qlobal iqlim böhranı gücləndikcə, iqlim dəyişikliyinin qadınların və uşaqların hüquqlarına və rifahına dərin təsirinin dərk edilməsi prioritetə çevrilib. Ətraf mühitin məhv olması və resurs çatışmazlığı gender əsaslı fərqlilikləri daha da dərinləşdirərək ailədaxili və cəmiyyət səviyyəsində sosial-iqtisadi dinamikalara təsir edir. Bu kontekstdə iqlim dəyişikliyinin gender bərabərliyinə təsiri qısamüddətli nəticələrlə məhdudlaşmır və mövcud gender bərabərsizliyini gücləndirir. Ölkəmizdə də bu istiqamətdə araşdırmaların aparılması və iqlim dəyişikliyinə uyğunlaşma prosesində genderə həssas və inklüziv tədbirlərinin həyata keçirilməsi əhəmiyyətli hesab olunur. Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Sustainera Solutions” şirkəti tərəfindən “İqlim dəyişikliyinin ailənin iqtisadi vəziyyətinə (qadın və uşaqlara) təsiri” mövzusu üzrə analitik hesabat hazırlanıb. Analitik hesabatda iqlim dəyişikliyinin ailələrin sosial-iqtisadi vəziyyətinə, gender bərabərliyinə mənfi təsirləri, xüsusilə qadınların həyatına, onların sosial və iqtisadi imkanlarına gender-spesifik təsirləri araşdırılmış və bu təsirlərin necə azaldıla biləcəyi təhlil edilmişdir. Araşdırmada həm kəmiyyət, həm də keyfiyyət araşdırması metodlarından istifadə olunmuşdur. Kəmiyyət araşdırması Azərbaycanın 6 bölgəsi və ümumilikdə 1000 respondent üzrə, keyfiyyət araşdırması isə müxtəlif qurumlarda və təşkilatlarda çalışan, eləcə də gender üzrə ümumilikdə 7 ekspertləmüsahibələr əsasında aparılmışdır. Anket sorğusu Azərbaycanın 6 regionunda – Sumqayıt, Neftçala, Lənkəran, Gəncə, Bərdə, və Bakıda yaşayan 1000 nəfər arasında keçirilmişdir. Kəmiyyət sorğusunun qeyd olunan 6 regionda keçirilməsinin əsas səbəbləri də təhlildə qeyd edilmişdir. Keyfiyyət araşdırmasının məqsədi isə kəmiyyət sorğularından əldə olunan nəticələr əsasında iqlim dəyişikliyi ilə mübarizə yolları, gender-spesifik amillərin nəzərə alınmasının əsas üstünlükləri və bu amillər nəzərə alınmadığı zaman qarşıya çıxa biləcək çətinliklər və mənfi təsirlərin müəyyən edilməsi, eləcə də qlobal müstəvidə ən yaxşı nümunələrin Azərbaycanda tətbiqinin mümkünlüyünün öyrənilməsi olmuşdur. Araşdırmanın nəticələrdən belə bir qənaətə gəlmək olar ki, iqlim dəyişikliyi kənd təsərrüfatı istehsalında məhsuldarlığın azalmasına səbəb olaraq ailələrin gəlirlərini məhdudlaşdırır, məcburi köçlərə və sosial infrastrukturların pozulmasına səbəb olur. Bu, eyni zamanda təhsil sahəsində fasilələr və uşaqların məktəbdən uzaqlaşması ilə nəticələnir, gələcək nəsillərin bilik və bacarıqlarına mənfi təsir edir: İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi çətinliklərin xüsusilə qadın və qızlara təsirləri fərqlidir. Bu çətinliklərin onlara hansı formada təsiri ilə bağlı göstəricilər də təhlildə əksini tapıb: Qadınların iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə hazırlıqla bağlı bilik və bacarıqların əldə edilməsində çətinlikləri ilə bağlı göstəricilər də təhlil edilib: İqlim dəyişikliyi və ekstrimal hava şəraitinin təsərrüfata (məhsul hasilatı, su təminatı, heyvanların sağlamlığı), həmçinin şirin su mənbələrinə təsiri ilə bağlı göstəricilər isə aşağıdakı kimi əks olunub:                                          Əhali arasında iqlim dəyişikliyinin təsirlərinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti öz həyatlarına, yaşayış və dolanışıq vasitələrinə və ümumi sosial-iqtisadi şəraitə iqlim dəyişikliyinin əhəmiyyətli təsir göstərdiyini bildirirlər. Yekun nəticələr: Aparılmış araşdırma iqlim dəyişikliyinin sosial, iqtisadi və gender aspektləri üzrə ciddi təsirlər yaratdığını göstərir. Kənd təsərrüfatı məhsuldarlığının azalması, iş yerlərinin itirilməsi və dolanışıq vasitələrinin məhdudlaşması kimi təsirlər kənd və şəhər icmalarında fərqli, lakin əhəmiyyətli şəkildə müşahidə olunur. Kənd yerlərində qadınlar və kişilər arasında iqlim dəyişikliyinin təsiri fərqli olsa da, qadınların mövcud gender bərabərsizliyi fonunda daha həssas olduğu müşahidə olunur. Kişilər isə kənd təsərrüfatında iş itkisi və maliyyə qeyri-sabitliyi səbəbindən iqtisadi çətinliklərlə üzləşir. Araşdırma göstərir ki, iqlim dəyişikliyinin təsirləri yalnız iqtisadi aspektlərlə məhdudlaşmır, həmçinin sosial nəticələr də doğurur. Gender əsaslı zorakılıq və psixo-sosial çətinliklər iqlim stressinin əlavə təsirlərindəndir. İqlim səbəbiylə miqrasiya, xüsusilə qadınlar və uşaqlar üçün ciddi sosial və sağlamlıq problemləri yaradır. Genderə həssas yanaşmaların olmaması mövcud sosial bərabərsizliyi gücləndirir. Respondentlər gender spesifik ehtiyacları nəzərə alan tədbirlərin tətbiqinin vacibliyini vurğulayırlar. Qadınların liderliyi və qərar qəbuletmə proseslərində iştirakı, həmçinin gender bərabərliyini dəstəkləyən siyasətlərin hazırlanması, cəmiyyətin iqlim dəyişikliyinə qarşı dayanıqlığını artırmaq üçün mühüm addımlar kimi qiymətləndirilir. Tövsiyələr iqlim dəyişikliyi, sosial xidmətlər, gender bərabərliyi və iqtisadi dayanıqlılıq kimi sahələrdəki əsas problemlərin həllinə yönəlib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığın artırılması və problemlərin effektiv həlli üçün istilik xəritəsinin (heat map) hazırlanması tövsiyə olunur. İqtisadi dayanıqlılıq və məşğulluq sahəsində tövsiyələr siyasət strategiyalarının gender əsaslı büdcələşdirmə metodlarının tətbiqini, qadınların maliyyə resurslarına çıxışını artırmağı və yaşıl biznes təşəbbüslərinə dəstək verilməsini nəzərdə tutur. Bu sahədə qadınların təlim və seminarlarla maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı və resurslara çıxış istiqamətində qadınların dayanıqlı texnologiyalar və resurslardan istifadə imkanlarını artırmaq üçün hüquqi dəstək proqramlarının yaradılması təklif edilir. Sosial dayanıqlılıq və sağlamlıq xidmətləri üzrə qadınların keyfiyyətli səhiyyə xidmətlərinə daha asan çıxışını təmin etmək üçün kənd yerlərində xidmətlərin əlçatanlığının artırılması və təcili yardımın gücləndirilməsi tövsiyə olunur. İqlim dəyişikliyinə qarşı dayanıqlılıq sahəsində qadınların maarifləndirilməsi və onların resurslara bərabər olaraq çıxışını təmin edən proqramların tətbiqi ön plandadır. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyalarında qadınların ehtiyaclarını nəzərə alan həssas yanaşmaların hazırlanması və fəlakətlər zamanı xüsusi təlimlərin keçirilməsi də tövsiyələr sırasındadır. Hesabatla ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.    

Ətraflı
“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcəkdir. Aksiya talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır. Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər. Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.   Dövlət Komitəsi qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır. Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra aksiyada iştirak edə biləcəklər.  Qan donoru ola bilməyən şəxslər: Yaş və çəki meyarına uymayanlar:   Adətən 18–65 yaş arası şəxslər donor ola bilər    Minimum 50 kq çəki tələb olunur. Xroniki və ya yoluxucu xəstəlikləri olanlar: Hepatit B və C, HIV/AIDS, sifilis və digər qanla keçən xəstəliklər. Aktiv vərəm (tuberkulyoz).  Xərçəng xəstələri (bəzi hallarda keçmişdə sağalmış olsa belə). Epilepsiya, şəkərli diabet (xüsusilə insulinlə müalicə olunursa). Yaxın zamanda keçirilmiş tibbi prosedurlar:  Cərrahi əməliyyatlar (böyük əməliyyatlardan sonra 6–12 ay gözləmə tələb olunur). Diş müalicəsi (məsələn, diş çəkilməsi zamanı 1 həftə gözləmək tövsiyə olunur). Peyvəndlərdən sonra müəyyən müddət gözləmək lazımdır (canlı viruslu peyvəndlərdə 2–4 həftə kimi). Hamilə və ya yeni doğum etmiş qadınlar: Hamiləlik dövründə və doğuşdan sonra ən az 6 ay qan vermək olmaz. Qan təzyiqi və ürək problemləri olanlar:   Yüksək və ya çox aşağı təzyiqi olanlar. Ürək xəstəlikləri ilə diaqnoz qoyulmuş şəxslər. Spirtli içki və narkotik maddə istifadəsi: Qan vermədən əvvəlki 24 saatda spirtli içki qəbul etmiş şəxslər. Narkotik maddə istifadə edənlər.    

Ətraflı