Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2024-cü il üzrə məlumat dinlənilib

30 may 2025 14:59

Paylaş:

30 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2024-cü il üzrə məlumatla çıxış edib.

Məlumat, “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:

1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;

2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;

3. 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.

Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

Hesabat:   “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-ci il üzrə  məlumatı 

Çıxış:    Bahar Muradovanın çıxışı 

Təqdimat: Gender hesabatı 2024 (təqdimat)