Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Erkən nikahlarla mübarizə mövzusunda görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixdə Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən evlilik və qohum evliliyinin sosial-iqtisadi fəsadlarından, belə halların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən, qanunvericiliyə edilən son dəyişikliklər haqqında ətraflı məlumat verib. Çıxış edən Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayədəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə erkən evliliyin qızların təhsildən yayınmasına səbəb olduğunu, onların inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərdiyini vurğulayaraq, gənclərə öz tövsiyələrini veriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.  

Ətraflı
“Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib

25 noyabr 2024-cü il tarixində Xaçmaz rayon Xudat qəsəbəsində yerləşən 1 saylı orta məktəbin 9-11-ci sinif şagirdləri üçün “Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şəbəsinin əməkdaşı Tural Hüseynzadə tərəfindən tədbirin məqsədinin təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması olduğu qeyd edilib.  Tədbirdə məktəblilərin bilik səviyyəsinə uyğun olaraq dialoq formatında korrupsiyanın mahiyyəti, anlayışı, korrupsiyaya gətirib çıxaran amillər barədə çıxış edilib, həmçinin şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb. Qeyd edək ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin məqsədilə həyata keçirilib.

Ətraflı
Regionlarda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-23 noyabr 2024-cü il tarixlərində uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbəsi, təhsil sektorunun əməkdaşları, müəllimlər, psixoloqlar, məktəblilər, valideynlər, mərkəzlərin nümayəndələri və ekspert qruplarının üzvləri iştirak ediblər. Tədbirlərdə çıxış edənlər ölkəmizdə uşaqları müdafiə mexanizminin genişləndirilməsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, o cümlədən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası, konvensiyaya üzv dövlətlərin öhdəlikləri, “4 P yanaşması” (qabaqlayıcı tədbirlər), müdafiə, cinayət təqibi, milli və beynəlxalq əməkdaşlığın təşviqi haqqında məlumat veriblər. Uşaqlara qarşı zorakılığın yaranma səbəbləri barədə ətraflı məlumat verən psixoloqlar zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu qeyd edərək, onları bu kimi hallardan qorumağın vacibliyini vurğulayıblar. Müəllimlər çıxışlarında məktəblərdə şagirdlər arasında baş verən zorakılıq halları, onunla mübarizə yolları və valideyn-məktəb əlaqələrinin gücləndirilməsinin vacibliyindən danışıblar. Yekunda mövzu ilə əlaqəli sosial çarxlar və təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Ətraflı
Dövlət Komitəsi vakansiya elan edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan, Hacıqbul, Saatlı, Sabirabad, Zərdab, Ağdam Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı   Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) baş mühasib  vəzifəsinə qəbulla əlaqədar müsabiqə elan edir.   Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları  Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Baş mühasib vəzifəsinə namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə Peşəkar mühasib sertifikatına malik olmalıdırlar.  Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87

Ətraflı
“25 Noyabr - Qadınlara qarşı Beynəlxalq Zorakılıqla Mübarizə Günü”nə həsr edilmiş görüş keçirilib

25 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görüş keçirilib. Görüşdə Tibb Mərkəzinin əməkdaşı Nailə Babaşova açılış nitqi ilə çıxış edib. Daha sonra Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti və həyata keçirilən layihələr barədə Komitə əməkdaşları Nailə İbrahimova və İradə Məmmədova çıxış ediblər. “Sağlam Ailə” Tibb Mərkəzinin kollektivinə məişət zorakılığı, onun növləri, zorakılığa məruz qalmış şəxslərə yardım, qaynar xətt barədə geniş məlumat verilib, həmçinin iştirakçıların sualları cavablandırlıb.  Çıxışlardan sonra “Susma” və “Çinartək sığındığımız böyük ailəmiz” adlı sosial çarxlar nümayiş etdirilib. 

Ətraflı
25 noyabr - Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür

BMT Baş Məclisi 1999-cu ildə bu günü Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü elan edib.

Ətraflı
Dövlət Komitəsi vakansiya elan edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir. 1)    Sosial iş üzrə mütəxəssis-psixoloq-Şüvəlan UADM 2)    Psixoloq-Goranboy UADM 3)    Sosial iş üzrə mütəxəssis-Goranboy UADM Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Sosial sahə üzrə iş stajı olanlara üstünlük veriləcək. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87  

Ətraflı
“Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib

22 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Qəbələ Dövlət Peşə Tədris Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə aidiyyəti qurumların nümayəndələri, müəllim və tələbələr iştirak ediblər. Çıxış edənlər bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə məlumat verib, erkən evlilik hallarının insan hüquq və azadlıqlarını məhdudlaşdırması, yetkinlik yaşına çatmayanların təhsil almaqdan məhrum olması, onların fiziki və psixi sağlamlığına ciddi zərər vurmasından danışıb, həmçinin qohum nikahları nəticəsində doğulan uşaqlarda genetik və qan xəstəliklərinin, anomaliyaların yaranma riskinin yüksək olduğunu bildiriblər. Tədbirdə mövzu ilə əlaqəli 2 videoçarx nümayiş etdirilib, bukletlər paylanılıb. 

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız Hacıqabul rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan İbrahimovlar ailəsidir. Hüseyn İbrahimov və həyat yoldaşı İradə xanım 43 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 2 övladları və  5 nəvələri  var. Böyük oğlu Azər İbrahimov zərgər işləyir, ailəlidir, 3 övladı var. Digər oğlu İsmayıl İbrahimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsi, mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib, hazırda Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədridir, ailəlidir, 2 övladı var. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısıHüseyn İbrahimovun 67 yaşı var, Hacıqabul şəhərində anadan olub. 1974-1978 ci illərdə Azərbyacan Pedaqoji  İnstitutunun fizika fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhər Təhsil Şöbəsində filmoteka müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonralar Əli Bayramlı şəhər “Azad Komsomol” Komitəsinin katibi, Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzi və Hacıqabul Uşaq Yaradıcılıq Mərkəzində direktor, 2013-2022-ci illərdə isə Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Hazırda təqaüddədir. Həyat yoldaşı İradə xanım 12 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub, 1976-1980-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə təyinatla Bilgəhdə yerləşən sanatoriyada tərbiyəçi pedaqoq kimi başlayıb. Ailə qurduqdan sonra, 1981-ci ildən Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. 2003-cü ildə “İlin müəllimi” diplomu ilə təltif edilib, 2004-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əmək veteranıdır, hazırda təqaüddədir. Hörmətli Hüseyn müəllim və İradə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, 43 ilə yaxındır davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. İradə xanım, əvvəlcə Sizdən başlayaq. Bu sualı belə cavablandırardım ki, insanlar ailə həyatında hisslərlə deyil, ağılla hərəkət etməlidirlər. Çünki, çox vaxt hisslər insanı aldadır, gənclik emosiyalarına qapılıb hər hansı bir yanlış addım bəzən insan həyatında böyük çuxur yarada bilər. Xüsusilə ailə həyatında buna diqqət yetirmək lazımıdr, çünki burda artıq sən tək deyilsən, səninlə birlikdə addımlayan şəxslər var ki, onların gələcəyi bizdən asılı olur. Bunu xüsusən bir valideyn - ana olaraq qeyd edirəm ki, mənim yanlış hisslərə qapılıb atdığım hər hansı bir addım övladlarımın gələcəyi bahasına başa gələ bilərdi. Ona görə səbirlə, təmkinlə ailədə olan çətinliklərə dözmək və hər açılan günə şükür etmək lazımdır. Hüseyn müəllim bu mövzuda siz nə deyə bilərsiz? Mən bu sualınıza atalar sözlərimizlə fikir bildirmək istərdim: “Güc birlikdədir”, “Aslanın erkəyi dişisi olmaz”. Həqiqətən də, bu atalar misalını biz ailə həyatımızda yaşamışıq. Belə ki, qadın zəkasının üstünlüyü, qadının zərif qəhrəman olaraq gücü deyərdim ki, ailənin xoşbəxtlik açarıdır. İradə xanım,  ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Fikrimcə belə hallarda güzəştə getməyi bacarmaq lazımdır, xüsusilə sevdiyimiz insanın qəlbini qırmaq təhükəsi yarandığı hallarda mən öz emosiyalarımı hər zaman idarə etməyə çalışmışam. Hüseyn müəllim Sizcə vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Vətənə məhəbbət deyərdim ki, insanlığın ən ali hisslərindəndir. Şeirdə deyildiyi kimi: Vətəni sevməyən insan olmaz, Olsa da, o şəxsdə vicdan olmaz! Vətən bizim namusumuzdur, onu sevib qorumaq borc deyil, müqəddəs vəzifəmizdir. Və biz valideynlərin də ən ali öhdəliklərindən biri bu sevgini övladlarımıza düzgün aşılamaqdır. İradə xanım, valideyn-övlad münasibətlərini Siz ailənizdə necə tənzimləmisiniz? Valideyn-övlad münasibətlərində mən övladlarımdan minnətdarlıq gözləmirəm. Çünki onlar mənim üçün ən gözəl nemətdir, bəxşişdir. Onlara diqqətim, qayğım mənim bir ana olaraq müqəddəs vəzifəmdir. Çalışmışam ki, onların istər tərbiyəsində, istərsə də, təhsilində hər iki övladıma ayrı-ayrılıqda öz xarakterlərinə görə ümumi deyil, fərdi yanaşım. Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz? Bu sualla əlaqədar elə bir təəssüf hissi keçirdiyim hallar olmayıb. Çünki onların həyat yoluna məncə düzgün istiqamət vermişəm. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Onlara təmkinli olmağı, şükür etməyi, bir-birinin fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edirəm. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə İbrahimovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.      

Ətraflı