Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Qalib Ölkənin Qalibləri“ mükafatlandırılıb

17 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və istedadlı uşaqların iştirakı ilə “Qalib Ölkənin Qalibləri-2024” adlı mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cari ildə istedadlı uşaqların qazandıqları uğurları əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayıb. Uşaqların həyatlarının erkən vaxtlarından özlərini qələbəyə köklədiyini qeyd edən sədr, onları təbrik edib, yeni və daha böyük uğurlar arzu edib. “Qalib ölkənin qalibləri” layihəsi haqqında danışan B.Muradova, artıq ənənə halı aldığını və üçüncü dəfə müxtəlif sahələrdə Azərbaycanın adını yüksəklərə qaldıran uşaqların mükafatlandırıldığını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, hər bir ölkə üçün görüləcək ən vacib iş onun başlıca sərvəti olan insan kapitalının inkişafına sərmayə qoyulması, diqqət və qayğı göstərilməsidir. B.Muradova, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini əlavə edib. Azərbaycanın geostrateji mövqedə yerləşməsinə diqqət çəkən sədr, ölkəmizin inkişaf yoluna nəzər salıb, tarixin miras qoyduğu çətinliklərdən azad olaraq, ərazi bütövlüyü, suverenliyimizi bərpa etdiyimizi və bu gün bütün dünyada inkişafın Azərbaycan örnəyini yaratdığmızı söyləyib. Qeyd edib ki, bu proseslərin davamı kimi dövlət tərəfindən insan kapitalına, xüsusilə də uşaqların erkən dövrdə inkişafına qoyulan sərmayə də nümunəvidir. Bahar Muradova qələbə qazanan uşaqların uğurlu nəticələrinin hər həsi qürurlandırdığını vurğulayaraq, əlavə edib ki, bu gün orta ümumtəhsil məktəblərində yaradılan maddi-texniki baza, yüksək “smart” yeniliklər imkan verir ki, uşaqların uğurlarının miqyası daha da genişlənsin, nailiyyət qazandıqları hər bir sahədə peşəkar olmaq üçün imkanlara əlçatanlıqları təmin edilsin. Azərbaycanda uşaqların inkişafına həsr olunmuş ictimai təşəbbüslərin və genişmiqyaslı layihələrin reallaşdırıldığını qeyd edən Komitə sədri, bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini və vacib rolunu xüsusilə vurğulayıb. O əlavə edib ki, uşaq və gənclərin inkişafı üçün görülən işlər digər ölkələrin də Azərbaycana marağını artırmış, layihələrdə birgə iştirak etmək həvəslərini artırmışdır. Dövlət Komitəsinin uşaq və gənclərə yönəlik məsələlərlə birbaşa məşğul olduğunu diqqətə çatdıran sədr, ailədəki vəziyyət, uşaqların həm ailədə, həm cəmiyyətdə, həm də ümumtəhsil məktəblərində bütün imkanlara əlçatanalığının təmin edilməsinin diqqət mərkəzində olduğunu bildirib: “Uşaq və gənclərlə işləmək həm qürurvericidir, həm də böyük zəhmət və səy tələb edir. Eyni zamanda onlarla birgə bu yolu getmək, düşüncələrini öyrənmək, istək və arzularını dinləmək bu və ya digər ehtyaclarını öyrənmək və təmin etmək həm şərəfli, həm çətin, həm də maraqlıdır”. Müxtəlif sahələrdə uğur qazanmış uşaqlarla keçirilən hər bir görüşün əhəmiyyətini vurğulayan B.Muradova qeyd edib ki, sizin hər biriniz bizim yaddaşımızda qalib ölkənin qalib uşaqları kimi qalırsınız və dövlətə layiqli vətəndaş olacağınıza böyük inamımız var: “Sizin naliyyətləriniz, əzminiz və cəsarətiniz, parlaq gözləriniz, işıqlı üzünüz və sabaha inamlı baxışlarınız imkan verir deyək ki, Azərbaycanın gələcəyi doğrudan da əmin əllərdədir.” – deyə o əlavə edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müxtəlif sahələrdə qazandıqları nailiyyət münasibətilə uşaqları təbrik edib. Nazir müavini bildirib ki, bu gün gənclərin istedadının aşkar olunması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır: "Siz bacarıqlarınızı ölkənin iqtisadiyyatını müəyyən edən sahələrdə tətbiq edərək, dövlətimizin inkişafını təmin edəcəksiniz. Hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır". Firudin Qurbanov hər il Respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyini və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqlarını qeyd edib. O, diqqətə çatdırıb ki, bir neçə il öncə olimpiadalarda yüksək nəticələr əldə edən gənclər hazırda dünyanın bir sıra ölkələrində yüksək vəzifələrdə çalışırlar.  Uşaqları dövlətin sərvəti adlandıran F.Qurbanov, istedadlı uşaqların həm də ölkənin gələcək təminatçıları olduğunu vurğulayıb. Bildirib ki, bu uğurlar gələcəkdə konkret fəaliyyətə çevriləcək və ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəkdir. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında bildirib ki, dünyanın hazırki inkişaf sürətinə çatmaq üçün uşaqlar daim öz üzərində çalışmalı və müxtəlif sahələrdə potensiallarını inkişaf etdirməlidirlər. Azərbaycanın qazandığı tarixi qələbədən sonra övladlarımızın suverenliyini tam bərpa etmiş bir ölkədə böyüdüyünü bildirən F.Hacıyev əlavə edib ki, bugünki güclü dövlətimizi qoruyub saxlamaq və daha işıqlı bir gələcəyə aparmaq yolunda siz uşaqların üzərinə böyük məsuliyyət düşür.   Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov süni intellekt əsrində yaradıcı təfəkkürün əhəmiyyətindən bəhs edib. O, rəqəmsal dünyada öz istedadı və bacarığı ilə seçilməyi bacaran uşaqların uğurlarını yüksək qiymətləndirib. Qalib uşaqlar adından çıxış edən Toğrul Şahtahtinski, Murad Xəlilzadə, Rəfiqə Verdiyeva tədbirin təşkili üçün təşəkkürünü bildirərək, dövlət tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş 100 uşaq mükafatlandırılıb. Sonda mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.

Ətraflı
“Ailəm könüllüləri” tərəfindən insan alveri ilə bağlı maarifləndirici vəsait paylanılıb

İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə əhalinin məlumatlandırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailəm könüllüləri” tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə “İnsan alverinin qurbanı olma! Uşaqları qoruyaq!” adlı maarifləndirici vəsait paylanılıb. 

Ətraflı
Regionlarda silsilə maarifləndirmə işləri aparılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Hacıqabul, İsmayıllı, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən evlilik və qohum nikahlarının zərərləri, reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlərdə yerli idarə və müəssisələrin əməkdaşları, tibb işçiləri, təhsil müəssiələrinin müəllim, psixoloqları, mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri, icma sakinləri, yuxarı sinif şagirdləri və tələbə kollektivləri iştirak ediblər. Maarifləndirmə tədbirlərində çıxış edən ekspertlər cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının fəsadları, cinsə görə verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması istiqamətində ölkəmizdə görülən işlərdən danışıb, eyni zamanda selektiv abortların qarşısının alınması və gender bərabərliyinin təşviqinə dair mövcud olan qanunvericilik aktları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Həmçinin erkən evlilik və qohum nikahlarının zərələrindən danışan mərkəz əməkdaşları bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklər barədə də ictimaiyyəti məlumatlandırıblar. Bunlarla yanaşı sağlam həyat tərzinin seçilməsinin vacibliyindən, sağlamlığın əsası olan gigiyenadan, düzgün qidalanma, sağlamlıq üçün fiziki aktivlik və idmanın rolu, zərərli vərdişlərdən qorunmağın əhəmiyyətindən bəhs edilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçılarla mövzu ilə əlaqədar qrup işləri aparılıb, sorğular keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, sosial video çarxlar nümayiş etdirilib və maarifləndirici bukletlər paylanılıb.

Ətraflı
Könüllülər Şüvəlan UADM-ə səfər ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq könüllülərin fərdi inkişafının təmin edilməsi və biliklərinin artırılması, onların sosial dəstək sahəsində təcrübə əldə etməsi məqsədilə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə səfərlərini təşkil edir. Növbəti səfər Şüvəlan UADM-ə olub. Səfərdə “Ailəm könüllüləri” ilə yanaşı Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların könüllüləri də iştirak ediblər. Səfər zamanı könüllülər Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət istiqamətləri və vətəndaşlarla aparılan icma əsaslı sosial-psixoloji işlər haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda könüllülərlə özünü inkişaf, cəmiyyətə faydalı xidmət və maariflənmənin vacibliyi kimi məsələlər barədə söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən biri olan Göyüşovlar ailəsidir. Ədalət Göyüşov və Sabirə xanım 32 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övladları (3 qız, 1 oğlan), 8 nəvələri var, bütün övladları ali təhsillidirlər. Ədalət Göyüşov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakütəsində təhsil alıb. Təyinatla İsmayıllı rayonunun əvvəllər Əzizbəyov sovxozu adlandırılan Ruşan kəndində baş aqronom kimi fəaliyyətə başlayıb, sonralar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd İnzibati Dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib. Hal-hazırda sahibkarlıqla məşğul olur. Həyat yoldaşı Sabirə Göyüşova evdar qadındır, həyatını övladlarının təlim-tərbiyəsinə həsr edib. Sabirə Göyüşova: Xoşbəxt evliliyin sirri qarşılıqlı anlaşmadadır. Bir-birini başa düşməkdə, bir-birinə qarşılıqlı hörmət etməkdədir. Sevgi də hörmətdən yaranır. Ailədə bir-birinə olan qarşılıqlı hörmət, ətrafında olan, tanıdığın, ünsiyyət qurduğun və tədricən tanımadığın insanlara belə sirayət edir. Ədalət Göyüşov: Valideyn olmaqdan başqa biz həm də övladlarımızla dostuq, ürək sözlərimizi bir-birimizə deməyi bacarırıq. Uşaqlara sevgi, diqqət, qayğı göstərəndə onlar da qarşılığında həmin münasibəti sənə göstərirlər.

Ətraflı
Ailə həyatına hazırlaşan və yeni ailə quran şəxslər üçün psixoloji təlimlər keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən “Sevginin yaşadığı ev” mövzusunda təlimlər ailə daxilində sağlam münasibətlərin qurulması, gənclərin ailə həyatına psixoloji hazırlanması məqsədilə keçirilir. İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Goranboy rayonlarında baş tutan təlimlərdə ailə həyatına psixoloji hazırlığın önəmi, ailədaxili münasibətlərin möhkəmləndirilməsi yolları, düzgün ünsiyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda cütlüklərarası münasibətlərdə yaranan mübahisələrin səbəbləri müzakirə edilib və məişət qayğıları, büdcənin idarə olunması, asudə vaxtın təşkili, valideynlərin uşaqların tərbiyəsində rolu kimi məsələlərə toxunulub. Konfliktlər zamanı tərəflərin davranış formaları, konfliktlərin profilaktikası zamanı diqqət yetirilməli məqamlar, cütlüklərarası münasibətlərin keyfiyyətinin artırılması üçün vacib olan şərtlər barədə psixoloq tərəfindən ətraflı məlumat verilib. İnteraktiv və qrup işi şəklində davam edən təlimlərin yekununda iştirakçılara hədiyyələr təqdim olunub. Qeyd edək ki, psixoloji təlimlər digər rayonlarda da davam etməkdədir.  

Ətraflı
Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edilib.  

Ətraflı
12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür

12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevi sonsuz sevgi, hörmət və ehtiramla yad edirik.

Ətraflı
Komitənin maarifləndirici materialları Azərbaycan Dəmir Yollarına məxsus monitorlarda nümayiş etdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Ailə kiçik dövlətdir”, “Gender bərabərliyi ana bətnindən başlayır”, “Məişət zorakılığına YOX de”, “Reproduktiv sağlamlığını qoru”, “Uşaq evliliyinə YOX de” adlı 5 elektron poster və “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Ekoloji düşüncə ailədən başlayır”, “Övladlarımız həyatımızın ən böyük layihəsidir”, “Genofondumuzu qoruyaq” mövzusunda maarifləndirici sosial çarxların əhali arasında geniş yayılması məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus monitorlarda mütəmadi olaraq yayımlanması təmin edilmişdir.   

Ətraflı