Tovuzda qadınların bələdiyyə seçkilərində fəallığının artırılması məqsədilə görüş keçirilib
Paylaş:
27 yanvar 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə "Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda görüş keçirilib.
Tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın Tovuz rayon üzrə nümayəndəsi Ayşən Mehdizadə, 106 saylı Tovuz Dairə Seçki Komissiyasının sədri Azər Hacıyev və digər iştirakçılar çıxış edərək, bələdiyyə seçkilərində qadınların iştirakının əhəmiyyətini vurğulayıb, onları seçkilərdə aktiv iştirak etməyə dəvət ediblər.
Görüşdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.