Regionlarda internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5-8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində mərkəzlərin və rayon polis şöbələrinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, şagirdlər, valideynlərin iştirakı ilə internet resurslarından istifadənin faydaları barədə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə ekspertlər internet resurslarından istifadənin faydalarından bəhs edib, həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə mobil telefonlarda olan valideyn nəzarəti funksiyasından istifadə qaydalarını özündə əks etdirən video-material nümayiş etdirilib, maarifləndirmə materialı paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.