Regionlarda “açıq qapı” günü keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə 31 yanvar 2025-ci il tarixində növbəti “açıq qapı” günü keçirilib.
Bakı şəhəri Xəzər rayonunun Türkan, Ağdam rayonunun Qasımbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Hacıqabul rayonunun Navahı, Göygöl rayonunun Quşqara, Qəbələ rayonunun Böyük Pirəlli, İsmayıllı rayonunun Günəşli, Saatlı rayonunun Mircəlalkənd, Sabirabad rayonunun Qaralar, Zaqatala rayonunun Lahıc, Zərdab rayonunun Əlvənd kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər yer alıb.
Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.
“Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.