Nümunəvi ailələrin foto şəkillərindən ibarət xüsusi konstruksiyalı fotostend nümayiş etdirilir

28 yanvar 2025 16:52

Paylaş:

Ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi və cəmiyyətə təqdim olunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər həyata keçirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrin təbliği, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi və bu sahələrdə maarifləndirmə işinin genişləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində yaşayan nümunəvi ailələrin foto şəkillərindən ibarət xüsusi konstruksiyalı fotostend hazırlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə İsmayıllı rayonunda yerləşən Zərifə Əliyeva adına parkda quraşdırılan fotostend sakinlər tərəfindən maraqla qarşılanıb.