“Çətin həyat şəraitində, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi” mövzusunda onlayn formada görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş görüşün məqsədi çətin həyat şəraitində olan, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi, valideynləri barəsində hüquqi qiymətin verilməsi, uşaqların müəssisələrə yerləşdirilməsi, onların qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, həmçinin valideyn himayəsindən məhrum olmuş və dilənçilikdə məşğul olan, uşaq əməyinə məruz qalan uşaqların ailəyə qaytarılması və ailə ilə iş aparılmasıyla bağlı bu sahədə qurumlararası işin icra mexanizminin təkmilləşdirilməsidir.
Görüşdə Səhiyyə Nazirliyininin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və Şəhər/Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının sədrləri iştirak edib.