“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Sabirabad rayonunda keçirilib

27 yanvar 2025 17:37

Paylaş:

 

"Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi" mövzusunda növbəti tədbir Sabirabad rayonunda keçirilib. 

Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bir neçə gün sonra keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka dəvət edib. 

Daha sonra çıxış edən 67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri Məstalı Nuriyev seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat verərək, ictimai-siyasi həyatda qadınların fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Yekunda təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı ilə keçirilir.