Bakı şəhəri və regionlarda “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüşlər keçirilib.

17 fevral 2026 12:34

Paylaş:

9-16 fevral 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici görüşlər keçirilib.

Təhsil müəssisələrində keçirilən görüşlərdə müəllimlər, şagirdlər, Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak edib.

Görüş zamanı Mərkəzlərin əməkdaşları və ekspert qruplarının üzvləri olan tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, zərərli vərdişlər və sosial media asılılığı barədə danışılıb.

İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb.