Bahar Muradova beynəlxalq konfrans çərçivəsində Türkmənistanda səfərdədir

9 dekabr 2025 21:40

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfrans çərçivəsində Türkmənistanda səfərdədir.

9-10 dekabr 2025-ci il tarixində Türkmənbaşı şəhərində keçiriləcək konfransda qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə ediləcək.

Konfrans çərçivəsində iştirakçılar bu gün “Avaza” Milli Turist Zonasında Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun yeni filialının açılış mərasiminə qatılıblar. Qonaqlar filialda müalicəvi, psixoloji və yaradıcı inkişaf imkanları ilə tanış olublar.