Axtar
Xəbərlər

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib
İyunun 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib. Qazax Gənclər Evində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülayə Həsənova layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. BMT-nin Məskunlaşma Proqramının Təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və “Maestro School”un rəhbəri Leyla Səfərli öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib
İyunun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz rayonunda görüş keçirilib. Oğuz Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Ağababayev layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Vəfa Ağalarova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova, eləcə də “Azer Legal Group”un rəhbəri, “Citomed” klinikasının icraçı direktoru, həkim və mediator Günel Əliyeva öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

Xankəndidə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib
5 iyun 2026-cı il tarixində Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub. Qarabağ Universitetində keçirilən tədbirdə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların ictimai həyatda fəal iştirakının təşviqi məsələləri müzakirə olunub. Tədbirin açılışında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Ədibə Quliyeva layihənin qadınların inkişafına yönəlmiş mühüm təşəbbüslərdən biri olduğunu qeyd edib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Universitetinin Tələbələrlə iş mərkəzinin direktoru Gülşən Qasımzadə, Dövlət Komitəsinin əməkdaşı Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxışlarında qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərdən, onların inkişafı üçün yaradılan imkanlardan və regionlarda həyata keçirilən maarifləndirici layihələrin əhəmiyyətindən danışıblar. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. Azərbaycan Memarlıq İttifaqının katibi Şeyda Novruzzadə və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların suallarıcavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib
Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Lənkəran şəhərində görüş keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin açılışında iştirakçıları salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Təbriz Həsənzadə layihənin regionlarda yaşayan qadınların və gənc qızların inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslərdən biri olduğunu bildirib, onların cəmiyyət həyatında daha fəal iştirakının vacibliyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Jalə Muradova çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. "DADDI" Sosial Sahibkarlıq Müəssisəsinin rəhbəri Məhbubə Əliyeva və peşəkar kouç Fərqanə Məmmədova öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib
Mayın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İsmayıllı rayonunda görüş keçirilib. Tədbirin açılışında qonaqları salamlayan İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov regionlarda yaşayan qadınların və gənc qızların fərdi inkişafına yönəlmiş sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qadınların cəmiyyətdə fəal iştirakını təşviq edən mühüm platforma olduğunu qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdir müavini Gülnarə Həmidova ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Görüş fərqli sahələrdə uğur qazanan qadınların – “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman səfiri, Təhsil eksperti Vəfa Musayevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilir.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüş Şamaxı rayonunda keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Regional İnkişaf” İctimai Birliyi ilə təşkilatçılıq əsasında 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Layihə çərçivəsində növbəti görüş 19 may 2025-ci il tarixində keçirilib. Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin rəhbəri Adilə Əliyeva çıxış ediblər. Görüşdə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, deputat Könül Nurullayevanın, 2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Saatlıda tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Layihə çərçivəsində 30 aprel 2025-ci il tarixində Saatlı rayonu Mədəniyyət Mərkəzində görüş keçirilib. Görüşdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib. Görüşdə Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın və Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri, Üçüncü Yüksəliş Müsabiqəsinin qalibi Səkinə Vəliyevanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Göyçay rayonunda növbəti görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində aprelin 24-də Göyçay rayonunda növbəti görüş keçirilib. Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində layihələr koordinatoru Jalə Muradova çıxış edib. Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib. Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Nərmin Qəniyevanın, “The Training Hub Azerbaijan” MMC və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın TEDx formatında çıxışları dinlənilib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə Ucar rayonunda baş tutub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihəsi çərçivəsində növbəti görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. 18 aprel 2025-ci il tarixində baş tutan Ucar Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aidə Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi Gülnarə Həmidova çıxış edib. Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib. Görüşdə “Maestro School”-in təsisçisi, sosial sahibkar Mədinə Paşayevanın və “Safavy Onlayn Təhsil Platforması”nın direktoru, şəxsi inkişaf üzrə mentor, “Her İT Journey” sosial layihənin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları baş tutub. Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İmişli rayonunda görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə davam edən layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. 10 aprel 2025-ci il tarixində baş tutan görüşdə İmişli Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib. Qeyd edilib ki, layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. Görüşdə Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, AFFA icraiyyə komitəsinin üzvü, 2019-cu il “Yüksəliş” Müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadənin və “Lunchef Catering” MMC və “Hİ Events” Azerbaijan şirkətlərinin təsisçisi Nilufər Qaranın TEDx formatında çıxışları dinlənilib. Sonda fikir mübadiləsi aparılıb.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir. Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və eyni zamanda fəallığının artırılmasıdır. Layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilib. TEDx formatında Sumqayıt, Mingəçevir şəhərlərində və Masallı rayonunda təşkil olunan görüşlərdə ekspert qismində Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının rəhbəri Nigar Ələsgərova, Yüksəliş Müsabiqəsinin qalibləri Ülkər Məlikova və Nərgiz İsmayılova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova, Etika Akademiyasının rəhbəri Günel Səfərova çıxış edib. Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB), icra hakimiyyəti aparatının nümayəndələri də çıxış edib. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində 19 aprel 2024-cü il tarixində Quba və Xaçmaz rayonlarında, 26 aprel 2024-cü il tarixində Gəncə şəhərində və Şəmkir rayonunda, 2 may 2024-cü il tarixində Zaqatala rayonunda, 16 may 2024-cü il tarixində Şəki şəhərində və Qax rayonunda görüşlər baş tutub. Görüşlərdə hər şəhər və rayondan 200 nəfər olmaqla 2000 nəfər gənc qız və qadın iştirak edib. Layihənin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulub.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qax və Şəkidə görüş olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər mayın 16-da Qax və Şəki rayonlarında olub. Tədbirin açılışında çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar. Görüş fərqli sahələrdə uğur qazanan qadınların – “Training Hub Azerbaijan” təlim mərkəzinin direktoru Cəmilə Nəbiyeva və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinin sədri Nərmin Qəniyevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar. Qeyd edək ki, regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilən layihə çərçivəsində Sumqayıt, Mingəçevir şəhərləri və Masallı rayonlarında da görüşlərin təşkili nəzərdə tutulur.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş olub
Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş keçirilib. Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və yerli icra orqanının nümayəndələri çıxış ediblər. Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkilib. Görüşün davamında fərqli sahələrdə uğur qazanan qadınlar - Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının sədri, “FemACT”Azərbaycan Qadın Fondunun təsiscisi Pərvanə Məmmədova TEDx formatında çıxış edərək öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər. Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir. Növbəti görüşlərin Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax, və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər Gəncə və Şəmkirdə keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər aprelin 26-da Gəncə şəhəri və Şəmkir rayonunda təşkil edilib. Tədbirlərin açılışında Dövlət Komitəsinin, eləcə də “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanlarının nümayəndələri çıxış edərək, Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunması, gənc nəslin düzgün formalaşdırılması və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıblar. Dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən və hər sahədə öz potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər. Çıxış edənlər həmçinin regionalarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin, o cümlədən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin əhəmiyyətini diqqətə çatdırıblar. Görüş ölkəmizdə fərqli sahələrdə uğur qazanmış qadınların TEDx formatında çıxışları ilə davam edib. Çıxışlarda "Bağçam" Uşaq Bağçaları Şəbəkəsinin qurucusu və İdarə Heyətinin sədri, sahibkar Samirə Dünyamalıyeva və “AZTUGEM” MMC-nin direktoru, beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi olan Lamiyə Xəlilova öz uğur hekayələri və təcrübələrini bölüşərək, motivasiyaedici söhbət aparıblar. Qeyd edək ki, layihənin məqsədi regionalarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etməkdir. Belə görüşlərin il ərzində Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax, Zaqatala və Masallı rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi