“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Saatlıda tədbir keçirilib

1 may 2025 16:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.

Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır.

Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəfləyir. Bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır.

Layihə çərçivəsində 30 aprel 2025-ci il tarixində Saatlı rayonu Mədəniyyət Mərkəzində görüş keçirilib.

Görüşdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova çıxış edib.

Görüşdə Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın və Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin müdiri, Üçüncü Yüksəliş Müsabiqəsinin qalibi Səkinə Vəliyevanın TEDx formatında çıxışları baş tutub.

Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.