Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi

 

2023-cü il ərzində 190 nəfər tərəfindən müxtəlif mövzular üzrə müraciət daxil olub. Keçirilən 60 tədbirdən 3327 nəfər faydalanıb. Mərkəz əməkdaşları tərəfindən 149 həssas ailəyə səfər edilib. Ümumilikdə mərkəz fəaliyyətindən 3581 nəfər bəhrələnib.

 

Ünvan: Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi.

Əlaqə nömrəsi: (02632) 4-20-13

Facebook linki: https://www.facebook.com/AghdamUADM

Regionlarda aktiv məşğulluq tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatların dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin yeni peşələrə yiyələnməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə sosial-psixoloji xidmətlər göstərilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lər və müvafiq qurumların nümayəndələri, mərkəzlərin benefisiarları, müəllimlər, yeniyetmə və gənclər, tələbələr, işaxtaran və işsiz şəxslər iştirak ediblər. Tədbirlərdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik probleminin həlli istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb. Ekspertlər tərəfindən peşə təhsili, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar, ödənişli və ödənişsiz peşə kursları, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, iş müsahibəsi zamanı özünütəqdimetmə bacarıqları barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran sualları cavablandırılıb. 

Ətraflı
Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 24 aprel 2024-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Ətraflı
Regionlarda növbəti dəfə “açıq qapı” günü keçirildi

28 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə “açıq qapı” günü keçirilib. Psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlər daxil olmaqla, ümumilikdə, 101 müraciət dinlənilib, problemlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Eyni zamanda uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib. Qeyd edək ki, “açıq qapı” Ağdam rayonunun Təzəkənd qəsəbəsi, Goranboy rayonunun Qaramusalı, İsmayıllı rayonunun Sumağallı, Saatlı rayonunun Azadkənd, Zaqatala rayonunun Qazangül, Zərdab rayonunun Körpükənd kəndlərində səyyar şəkildə təşkil olunub.

Ətraflı