Regionlarda növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb.
“Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi