Dövlət Komitəsi əməkdaşlarının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli ilə bağlı məhkumlarla görüşü keçirilib

30 yanvar 2018

Paylaş:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli istiqamətində 26 yanvar 2018-ci il tarixində Komitənin əməkdaşlarının məhkumlarla görüşü keçirilib.

Görüş zamanı 15 məhkum qadın şikayət ərizələri ilə müraciət ediblər. Müraciətlər aşağıdakı mövzuları əhatə edib:

- Rayon və kəndlərdə övladları olan, lakin müxtəlif səbəblərdən onlarla görüşün mümkün olmaması ilə bağlı;

- İnternat və uşaq evlərində təhsil alan uşaqların problemləri ilə bağlı;

- Qadın müəssisəsində cəza çəkən qadınların ailələrinin sosial vəziyyətləri ilə bağlı;

- Qadın müəssisəsində cəza çəkən qadınların övladlarının doğum haqqında şəhadətnamələrinin bərpa edilməsi ilə bağlı;

- Ailələri ilə əlaqələri kəsilmiş, qohumları tərəfindən baş çəkilməyən qadınların doğmaları ilə ünsiyyət saxlamaqla bağlı;

- Əfv komissiyasına müraciət ilə bağlı;

- Məhkuma ünvanlanmış sonra isə itirilmiş barışıq ərizəsinin bərpası ilə bağlı;

- Himayəyə verilmiş məhkumların uşaqlarının problemləri;

- Mülki mübahisələr.

Müraciət edən qadınların problemləri Dövlət Komitəsi tərəfindən araşdırılaraq zəruri tədbirlər görüləcəkdir.