Ermənistanın növbəti təxribatına Komitənin rəsmi mövqeyi

8 avqust 2017

Paylaş:

1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanmışdır. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Yusifov Ramil də əlavə olundu. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu ağır yaralanmışdır. Bu bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir.

         Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.

Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik.