Qəbələdə “Gənc ailələr və problemlər” mövzusunda tədbir keçirilmişdir
Paylaş:
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 26 aprel 2013-cü il tarixində, Heydər Əliyev Muzeyində “Gənc ailələr və problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə 35 nəfər gənc ana, Qəbələ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar sahə üzrə müavini Ətayə Osmanova, Qeydiyyat idarəsinin rəisi Zinyət Bağırova, Qirmizi Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova və digər qonaqlar iştirak etmişdir.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Rəna Mahmudova gənc ailələrdən, onların qarşılaşdığı problemlərdən, günün aktual məsələsi olan qeyri-rəsmi nikahdan, boşanmalardan, bu sahədə rayonda UADM və digər təşkilatlarla birlikdə aparılan tədbirlərdən danışmışdır.
Dəyirmi masa ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, tövsiyyələr verilmişdir.