Qəbələdə “Gənc ailələr və problemlər” mövzusunda tədbir keçirilmişdir

26 апреля 2013

Поделиться:

Qəbələ    Uşaq  və   Ailələrə  Dəstək  Mərkəzinin təşkilatçılığı ilə  26 aprel 2013-cü il tarixində,  Heydər Əliyev Muzeyində “Gənc ailələr və problemlər” mövzusunda  dəyirmi masa keçirilmişdir.  Tədbirdə 35 nəfər  gənc ana, Qəbələ  rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar sahə üzrə müavini  Ətayə Osmanova, Qeydiyyat idarəsinin rəisi Zinyət Bağırova, Qirmizi Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova və digər qonaqlar iştirak etmişdir.
 
Tədbirdə çıxış edən Mərkəzin direktoru Rəna Mahmudova gənc ailələrdən, onların qarşılaşdığı problemlərdən,  günün aktual  məsələsi  olan  qeyri-rəsmi nikahdan, boşanmalardan, bu  sahədə rayonda   UADM və digər təşkilatlarla birlikdə  aparılan  tədbirlərdən   danışmışdır.

Dəyirmi masa ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, tövsiyyələr verilmişdir.