“Narkomaniyaya yox deyək”mövzusunda tədbir keçirilmişdir
Paylaş:
29 may 2013-cü il tarixdə saat 11-30-da Qəbələ rayon Vəndam qəsəbəsində tədbir keçirilmişdir. Tədbirdə qəsəbənin ziyalıları, ağsaqqlları, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəbin yuxarı sinif şagirdlərindən ibarət 156 nəfər iştirak etmişdir. “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və boşanmalar”, “Narkomaniyanın insan orqanizminə zərərləri” mövzularında keçirilən tədbiri giriş sözü ilə Vəndam qəsəbə İnzibati Ərazi nümayəndəsinin müavini Azad Xitilov açmış, qonaqları salamladıqdan sonra “Narkomaniyaya yox deyək” mövzusunda çıxış etmək üçün sözü Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru R. Mahmudovaya vermişdir. Sonra mövzularla bağlı RİH-nin müavini Ətayə Osmanova, həkim Sahib Məsuimov, Qeydiyyat idarəsinin rəisi Zinyət Bağırova, rayon təhsil şöbəsinin metodkabinetinin müdiri Arifə Bayramova cıxış etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının içtimai siyasi və hümanitar sahə üzrə müavini Ətayə Osmanova qeyd olunan məsələlərlə bağlı ümumi fikrini bildirmişdir.
Tədbirdə qəsəbənin imamı Fərzalı Alıyev, qəsəbə ağsaqqallar şurasının sədri Ağasəddin Nəzirov, qəsəbə 1 saylı orta məktəbin direktoru Qətibə Abbasova çıxış etmişdir. Tədbirdə müzakirə olunan məsələlərlə bağlı içtimaiyyəti maraqlandıran suallar cavablandırılmışdır.