“Narkomaniyaya yox deyək”mövzusunda tədbir keçirilmişdir

29 мая 2013

Поделиться:

29 may 2013-cü il tarixdə saat 11-30-da Qəbələ rayon Vəndam qəsəbəsində  tədbir keçirilmişdir. Tədbirdə qəsəbənin  ziyalıları, ağsaqqlları,   din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəbin yuxarı sinif şagirdlərindən ibarət   156 nəfər iştirak etmişdir. “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar   və boşanmalar”,  “Narkomaniyanın   insan orqanizminə zərərləri” mövzularında  keçirilən tədbiri giriş  sözü ilə  Vəndam qəsəbə İnzibati Ərazi nümayəndəsinin müavini Azad  Xitilov açmış,  qonaqları salamladıqdan sonra “Narkomaniyaya yox deyək” mövzusunda çıxış etmək üçün sözü Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru R. Mahmudovaya vermişdir.    Sonra mövzularla bağlı  RİH-nin müavini Ətayə Osmanova,  həkim Sahib Məsuimov,  Qeydiyyat idarəsinin rəisi   Zinyət Bağırova,  rayon təhsil şöbəsinin metodkabinetinin müdiri Arifə Bayramova cıxış  etmişdir.  Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının  içtimai siyasi və hümanitar  sahə üzrə müavini Ətayə Osmanova  qeyd olunan məsələlərlə bağlı ümumi fikrini bildirmişdir.
 
Tədbirdə qəsəbənin imamı Fərzalı Alıyev, qəsəbə ağsaqqallar şurasının sədri Ağasəddin Nəzirov, qəsəbə 1 saylı orta məktəbin direktoru Qətibə Abbasova çıxış etmişdir. Tədbirdə    müzakirə olunan məsələlərlə bağlı içtimaiyyəti maraqlandıran suallar cavablandırılmışdır.