“Uşaq Hüquqları” haqqında tədbir

7 noyabr 2014

Paylaş:

 Qəbələ  Uşaq  və  Ailələrə  Dəstək   Mərkəzi  tərəfindən  Qəbələ   şəhər 1  saylı  tam orta məktəbində  8-11-ci  sinif şagirdlərilə “Uşaq Hüquqları”  haqqında  tədbir  keçirilmişdir.  07 noyabr 2014-cü il tarixdə keçirilən  tədbirdə    97  nəfər   şagird   iştirak etmişdir.

 Aydınqışlaq  kənd tam  orta  məktəbində  “Uşaq hüquqları” ilə  bağlı tədbir  keçirilmişdir. 14  noyabr 2014-cü  il tarixdə  keçirilən tədbirdə  83  nəfər şagird  iştirak  etmişdir.

Azərbaycan Respublikasının  “Uşaq Hüquqları”  haqqında   Qanunu ilə əlaqədar   keçirilən   təlim və   tədbirlər    zamanı şagirdlərə  Qanunun maddələri   izah edilmiş,  uşaqların  hüquqları   və  vəzifələri  onlara   çatdırılmış,  qanunun   yerinə yetirilməsi  sahəsində  uşaqların üzərunə  düşən   vəzifə onlara izah  edilmişdir.

Uşaqlarla keçirilən tədbirlər  zamanı “Uşaq Hüquqları haqqında  Azərbnaycan Respublikasının   Qanununun   maddələri ayrı-ayrı izah edilmiş,  “Uşaq hüquqları  Konvensiyası”nda təsbit edilmiş   uşaq hüquqları barədə maddələrdən   söhbət acılmış,  uşaqların   suallarına   cavab  verilmişdir.

Tədbirlərdə  uşaqlara  onların Qanunla  nəzərdə tutulmuş qaydada  təhsil almaq,   səhiyyə xidmətindən yararlanmaq,  ailədə yaşamaq, istirahət etmək və  digər      hüquq  və  vəzifələri  izah  edilmişdir.