“Uşaq Hüquqları” haqqında tədbir
Share:
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Qəbələ şəhər 1 saylı tam orta məktəbində 8-11-ci sinif şagirdlərilə “Uşaq Hüquqları” haqqında tədbir keçirilmişdir. 07 noyabr 2014-cü il tarixdə keçirilən tədbirdə 97 nəfər şagird iştirak etmişdir.
Aydınqışlaq kənd tam orta məktəbində “Uşaq hüquqları” ilə bağlı tədbir keçirilmişdir. 14 noyabr 2014-cü il tarixdə keçirilən tədbirdə 83 nəfər şagird iştirak etmişdir.
Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu ilə əlaqədar keçirilən təlim və tədbirlər zamanı şagirdlərə Qanunun maddələri izah edilmiş, uşaqların hüquqları və vəzifələri onlara çatdırılmış, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərunə düşən vəzifə onlara izah edilmişdir.
Uşaqlarla keçirilən tədbirlər zamanı “Uşaq Hüquqları haqqında Azərbnaycan Respublikasının Qanununun maddələri ayrı-ayrı izah edilmiş, “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət acılmış, uşaqların suallarına cavab verilmişdir.
Tədbirlərdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edilmişdir.