Uşaqların yay istirahətinin təşkili məqsədilə onlarla əyləncəli idman oyunları keçirildi
Paylaş:
İyulun 4-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Birinci 4 Yol qəsəbə Körpələr evi uşaq baxçasında 40 nəfər uşağın iştirakı ilə yay istirahətinin təşkili məqsədilə Sağlam Həyat tərzini seçək-Şən startlar-uşaqlarla əyləncəli idman oyunları keçirilib.
Uşaqlar əyləncəli idman oyunları oynarkən iki komandaya bölünərək “Hərflər və rəqəmlər”, “Heyvanlar və bitkilər”-ə aid kartlarla işləməyi, badminton fiqurları arasında ziq-zaq yürüşlə “finish” xəttinə tez çatmağı, kiçik badmintonları topla vuraraq - hədəfə daha çox necə vurmağı, stol üzərində meyvələrdən ibarət domino yarışına qoşulmaqla əqli zehni inkişafa nail olmağı, çevikliyi, növbə gözləməyi, yarış qaydalarını və uğur əldə etməyi öyrəniblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi