Uşaqların yay istirahətinin təşkili məqsədilə onlarla əyləncəli idman oyunları keçirildi

4 July 2017

Share:

İyulun 4-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Birinci 4 Yol qəsəbə Körpələr evi uşaq baxçasında  40 nəfər uşağın iştirakı ilə yay istirahətinin təşkili məqsədilə Sağlam Həyat tərzini seçək-Şən startlar-uşaqlarla əyləncəli idman oyunları keçirilib.

Uşaqlar əyləncəli idman oyunları oynarkən iki komandaya bölünərək “Hərflər və rəqəmlər”, “Heyvanlar və bitkilər”-ə aid kartlarla işləməyi, badminton fiqurları arasında ziq-zaq yürüşlə “finish” xəttinə tez çatmağı, kiçik badmintonları topla vuraraq - hədəfə daha çox necə vurmağı, stol üzərində meyvələrdən ibarət domino yarışına qoşulmaqla əqli zehni inkişafa nail olmağı, çevikliyi, növbə gözləməyi, yarış qaydalarını və uğur əldə etməyi öyrəniblər.