Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə “Ən gözəl qadın-anadır” adlı köçkün uşaqlarla rəsm müsabiqəsi keçirdi.
Paylaş:
Ağdam rayonu köçkünlər məskunlaşan qəsəbədə 14 saylı texniki fənnlər təmayüllü liseyin , 118 saylı Ağdam köçkün orta məktəbin və 135 saylı Kəlbəcər rayon orta məktəbin şagirdləri ilə 8 mart Beynəlxalq Qadınlar bayramına həsr olunmuş “Ən gözəl qadın-anadır” adlı rəsm müsabiqəsi keçirildi.
Müsabiqəni keçirməklə məqsədimiz xüsusi qayğıya ehtiyacı olan köçkün uşaqların öz analarını rəsm vasitəsi ilə tərənnüm etməsinə və rəsm çəkmə istedadını üzə çıxarmalarına dəstək olmaqla onların bacarıqlarına inkişaf etdirməkdir.
Həmin gün uşaqlar karandaş, sulu boyadan və həm də asfalt üzərində təbaşirdən istifadə etməklə çəkdikləri rəsm əsərlərini analarına ithaf etdilər.