Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə “Ən gözəl qadın-anadır” adlı köçkün uşaqlarla rəsm müsabiqəsi keçirdi.

6 March 2015

Share:

Ağdam rayonu köçkünlər məskunlaşan qəsəbədə 14 saylı texniki fənnlər təmayüllü liseyin , 118 saylı Ağdam köçkün orta məktəbin və 135 saylı Kəlbəcər rayon orta məktəbin şagirdləri ilə 8 mart Beynəlxalq Qadınlar bayramına həsr olunmuş “Ən gözəl qadın-anadır” adlı rəsm müsabiqəsi keçirildi.

Müsabiqəni keçirməklə  məqsədimiz xüsusi qayğıya ehtiyacı olan köçkün uşaqların  öz  analarını  rəsm vasitəsi ilə tərənnüm etməsinə və rəsm  çəkmə istedadını üzə çıxarmalarına dəstək olmaqla onların bacarıqlarına inkişaf etdirməkdir.

Həmin gün uşaqlar karandaş, sulu boyadan və  həm də asfalt üzərində təbaşirdən istifadə etməklə çəkdikləri  rəsm əsərlərini  analarına ithaf etdilər.