Məişət zorakılığı mövzusunda tədbirlər keçirilmişdir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa Şurası və Gender bərabərliyi ilə Qadın Təşəbbüsləri İctimai Birliyinin birgə layihəsi əsasında iyul ayının 15-17 tarixlərində Qəbələ rayonunun Zarağan, Nohurqışlaq, Mirzəbəyli kəndlərində Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin iştirakı ilə “Məişət zorakılıgı barəsində məlumatlandırma” kampaniyası çərçivəsində tədbirlər keçirilmişdir. Tədbirlərdə “Məişət zorakılığı”, “Gender bərabərliyi”, “Məişət zorakılığı və insan hüquqlarının müdafiəsi” mövzularında çıxışlar edilmiş, bu sahəyə dair geniş məlumat verilmişdir.
Tədbirin sonunda iştirakçılara məişət zorakılığı halları ilə rastlaşdıqda müraciət etməklə bağlı yaddaş kitabçası paylanmışdır.